• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qahirədə Ərəb Kəşfiyyat Forumu keçirildi

Misirin paytaxtında Yaxın Şərq və Şimali Afrika ölkələri kəşfiyyat orqanları rəhbərlərinin iştirakı ilə Ərəb Kəşfiyyat Forumu keçirilmişdir.

Forumun yekunları barədə jurnalistlərə məlumat verən Misir Prezidentinin mətbuat katibi Bəssam Radi əsas mövzunun terrorizmə qarşı mübarizənin gücləndirilməsi olduğunu bildirdi. Onun sözlərinə görə, tədbirdə çıxış edən Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi dövlət və hökumət başçılarının regionda gərginliyin artması fonunda təhlükəsizlik və kəşfiyyat orqanlarının fəaliyyətinə daha böyük dəstək verməsinin vacibliyini qeyd etdi.

Forumda terrorizm, ekstremizm ideologiyası və mütəşəkkil cinayətkarlığa qarşı daha effektiv mübarizə yolları müzakirə edildi. Qeyd edildi ki, ərəb ölkələrinin təhlükəsizlik xidmətləri bu məsələdə dünyanın bütün qabaqcıl kəşfiyyat orqanları ilə daha sıx əməkdaşlıq etməlidirlər.