• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Omanda koronavirusa iki yoluxma halı aşkarlanmışdır

Oman Sultanlığında iki nəfərdə COVID-19 virusuna yoluxma halı qeydə alınmışdır. Bu xəstələrin İrandan qayıdan qadınlar olduqları bildirilir.

 İrandan gələn iki qadında yüksək temperatur aşkar edilmiş və onlar aeroportdan dərhal kilinikaya aparılmışlar. COVID-19-a yoluxmuş xəstələrin vəziyyətinin sabit olduğu və karantin şəraitində müalicə aldıqları bildirilir.

Omanın Səhiyyə Nazirliyi vətəndaşlara koronavirus xəstəliyinin yayıldığı ölkələrə səfər etməmək barədə müraciət etdi.