• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Sabah paytaxtda 7 marşrut xətti üzrə avtobusun hərəkət istiqaməti dəyişdiriləcək

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.