• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirildi

İsveçin Lund şəhərinin mərkəzində bu ölkədə yaşayan bir qrup azərbaycanlı Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilmişdir.

Aksiya Vahid Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə baş tutmuşdur.

İsveç və ingilis dillərində keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edəndən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

İyirmi səkkiz il əvvəl Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklər barədə yerli əhaliyə məlumat verən Vahid Azərbaycan Dərnəyinin sədri Aya Coşqun insan qanına susamış erməni silahlılarının bir gecədə 613 nəfəri xüsusi amansızlıqla qətlə yetirdiyini bildirdi. Diqqətə çatdırdı ki, qətlə yetirilənlərin çoxu qadın, uşaq və yaşlı insanlar olmuşdur. Xocalı qətliamı erməni millətçi-şovinistlərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Dağlıq Qarabağda törədilən qanlı hadisələrə və haqsızlıqlara dünya ictimaiyyətinin daha böyük diqqət ayırmasına ehtiyac var. Bu kimi cinayətlərin təkrarlanmaması üçün insanlar birgə çalışmalıdır.