• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Gənc sərhədçilər Vətənə sədaqət andı içdilər

Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax, Şəmkir və Zaqatala şəhərlərindəki hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirildi.

 Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimlərdə gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki oxundu.