• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bu gün İranda parlament seçkiləri keçirilir

Bu gün İranda İslam Şurası Məclisinə (parlament) seçkilər keçirilir.

290 yerlik parlamentə seçilmək üçün 7157 nəfər mübarizə aparır. Ölkə üzrə 54 mindən çox seçki dairəsi yaradılmışdır. Seçki İdarəsinin rəhbəri Camal Orf bildirdi ki, İranda 54 milyon 918 nəfərin səsvermə hüququ var. İranda 18 yaşdan yuxarı vətəndaşlar parlament seçkilərində namizədliklərini irəli sürə bilərlər. Lakin İranda fəaliyyət göstərən Konstitusiyanın Müdafiə Şurası namizədləri nəzərdən keçirərək onların seçkidə iştirakına qərar verir. Şuranın rəyi olmadan namizəd Milli Seçki İdarəsi tərəfindən qeydə alına bilməz. Səsvermə prosesinin 85 faizi elektron qaydada həyata keçirilir ki, bu da saxtakarlığın qarşısını 90 faizə qədər alır.

Prezident seçkilərində olduğu kimi, parlament seçkilərində də əsas mübarizə İran siyasətinin sütununu təşkil edən iki böyük siyasi düşərgə - islahatçılar və mühafizəkarlar arasında aparılır.