• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

® “Kapital Bank”ın dəstəyi ilə yerli məhsul və xidmətlərin sərgisi keçirildi

Fevralın 20-də "Kapital Bank"ın rəsmi təşkilatçılığı ilə keçirilən “Partners and Business” sərgisinin açılışı baş tutdu. Sərgiyə "Kapital Bank"ın Korporativ və KOS Satış İdarəsinin baş direktoru Fərid Hidayətzadə qatıldı.

Sərgidə "Kapital Bank"ın xüsusi stendi vasitəsilə bankın təqdim etdiyi faktorinq, tarif paketləri, biznes kartlar, kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan digər məhsullar və "BirKart" haqqında ətraflı məlumat verilir. Stenddə, həmçinin yeni nəsil smart kassa cihazı da nümayiş olunur ki, sərgi iştirakçıları onun funksiyaları ilə yaxından tanış ola bilərlər.

Fevralın 22-dək davam edəcək “Partners and Business” sərgisi "Kapital Bank", Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir. Sərgidə sənaye, kənd təsərrüfatı, o cümlədən qida məhsullarının istehsalı, eləcə də informasiya və kommunikasiya texnologiyaları, təhsil, inşaat, logistika və sair sahələrdə fəaliyyət göstərən 150-dək yerli şirkət iştirak edir.