• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək

Martın 4-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov demişdir.

O bildirdi ki, forumda daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yolları müzakirə olunacaq.