• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Azərbaycanda 2019-cu ildə əldə olunan nailiyyətlər və 2020-ci il üzrə hədəflər" adlı seminar keçirildi

Beynəlxalq münasibətlər və diplomatiya sahəsində İspaniyanın tanınmış araşdırmalar institutlarından biri sayılan Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondda (FESEI) “Azərbaycanda 2019-cu ildə əldə olunan nailiyyətlər və 2020-ci il üzrə hədəflər” mövzusunda seminar təşkil olunmuşdur.

Ölkəmizin İspaniyadakı səfiri Anar Məhərrəmov seminarda çıxış edərək əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də Azərbaycanda bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və sosial sahələrdə dayanıqlı inkişafa nail olunduğunu, ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələrin uğurla icra edildiyini, bütövlükdə keçən ilin ölkədə dərin islahatlar ili olduğunu qeyd etdi. Ölkənin 2019-cu il üzrə makroiqtisadi göstəricilərindən bəhs edən səfir bu il yanvarın 21-24-də Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forumunun Azərbaycan Respublikası Hökumətinin strateji baxışını (“Government long-term vision”) 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını 11-ci yerə layiq görməsinin məhz ötən il əldə olunmuş nailiyyətlərlə sıx bağlı olduğunu diqqətə çatdırdı.