• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Səudiyyə Ərəbistanının Kralı və ABŞ-ın Dövlət katibi Yaxın Şərqdə vəziyyəti müzakirə etdilər

Fevralın 20-də Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Ər-Riyadda üçgünlük səfərdə olan ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə Yaxın Şərqdə vəziyyəti müzakirə etdilər. Görüşdə Vaşinqton və Ər-Riyad arasında ikitərəfli münasibətlərin perspektivləri də müzakirə edildi.

Mayk Pompeonun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Xarici İşlər naziri Faysal bin Fərhan ilə keçirəcəyi görüşlərdə də Yaxın Şərqdə mövcud vəziyyətin diqqət mərkəzində olacağı bildirilir.