• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

AMEA Rəyasət Heyətinin "Türkologiya" jurnalı və AMM arasında memorandum imzalandı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin “Türkologiya” jurnalı və Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) arasında memorandum imzalandı.

Sənədi AMM-nin direktoru Samir Abbasov və elektron formada “Türkologiya” jurnalının baş redaktoru, akademik Kamal Abdulla imzalamışdır.

Bununla bağlı Samir Abbasov AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovla görüşdü.

Görüşdə bildirildi ki, AMEA Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə görkəmli alim, akademik Kamal Abdullanın “Türkologiya” jurnalına baş redaktor təyin olunmasından sonra jurnal ənənəni davam etdirməklə yanaşı, rubrika və məzmun baxımından zənginləşmiş, beynəlxalq elmi mərkəzlərlə əlaqələri genişləndirilmiş və nəhayət, EBSCO başda olmaqla bir sıra nüfuzlu beynəlxalq indeksləşdirmə biblioqrafiyalarına (MLA, SAJI, SIS, TEI, SOBİAD, CIF) daxil edilmişdir.

Memorandumda Azərbaycanın mövcud qanunvericiliyini, habelə bu sahədə müvafiq sazişləri, müqavilələri rəhbər tutaraq gələcəkdə elm, dil, tarix, folklor və ədəbiyyat sahələri üzrə ikitərəfli əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmağın zəruriliyi vurğulandı.