• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

Mayın 14-15-də Bakıda "FinTex Sammit 2020" - maliyyə və texnologiyalar sərgisi keçiriləcək.

Sammitin mövzusu “Bankçılıq və ödəniş ekosistemində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” olacaq. Tədbir “Visa”nın tərəfdaşlığı, ABA, Azərbaycan Mərkəzi Bankı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilir.