• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi kənd təsərrüfatının inkişafına töhfə verəcək

Azərbaycanlı fermerlər ən yaxşı texnologiyalardan istifadəyə və məlumatlara çıxış əldə etməyə layiqdirlər. Avropa İttifaqı da bu istiqamətdə onlara yardım göstərməyə çalışır.

Bu fikirləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas KİV-lərə müsahibəsində bildirdi.

Onun sözlərinə görə, "Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi Layihəsi" vasitəsilə Azərbaycanda kənd təsərrüfatı məhsulların istehsalının artırılması ilə yanaşı, keyfiyyəti də yüksələcək. Ümumilikdə isə bu layihə respublikanın bütün regionlarında kənd təsərrüfatının inkişafına töhfə verəcək.