• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Münxendə baş tutmuş konfrans Misir mətbuatında da işıqlandırıldı

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr Misir mətbuatında da geniş şəkildə işıqlandırıldı.

Bu barədə Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilmişdir.

Dərc olunan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin dəmir məntiqi, tarixi faktlara əsaslanan çıxışına yer ayrılmış, ölkəmizin haqlı mövqeyi nümayiş etdirilmişdir.