• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcək

Fevralın 20-dən 22-dək Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi keçiriləcək.

 KOBİA-nın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, informasiya-kommunikasiya texnologiyaları, təhsil, inşaat, logistika və digər sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim ediləcək.

Sərgidə ümumilikdə 150-dək şirkətin iştirakı nəzərdə tutulmuşdur. Bu sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.