• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İsveçin Xarici İşlər naziri: Suriyanın İdlib bölgəsinə humanitar yardım artırılır

İsveçin Xarici İşlər naziri Ann Linde Suriyanın İdlib bölgəsindəki vəziyyəti dəhşətli hadisə adlandıraraq, oraya yönəldilən humanitar yardımın artırıldığını bildirdi.

Ann Linde Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə Brüsseldə görüşərək, Suriyanın İdlib şəhərindəki vəziyyəti müzakirə etdi.

“Biz mülki hədəflərin, o cümlədən xəstəxanaların bombalanmasını görürük. Bir milyona qədər insan bu yerləri tərk edir. Avropa İttifaqı hərəkət etməlidir. Dəməşqə təzyiq göstərmək, atəşkəs tələb etmək və humanitar çıxış əldə etmək lazımdır”, - deyə Ann Linde qeyd etdi.

Nazir İsveçin bölgədəki insanlara humanitar yardımı daha 374 milyon kron (təxminən 35,557 milyon avro) artırdığını vurğuladı.