• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Çində koronavirusdan ölənlərin sayı 1860-ı ötdü

Çində yeni növ koronavirusdan (COVİD-2019) ölənlərin sayı 1868 nəfərə çatmış, eyni zamanda, 12,5 mindən çox insan bu xəstəlikdən sağalmışdır. Bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yaymışdır. Məlumata görə, sutka ərzində 98 nəfər koronavirusdan ölmüş, 1701 nəfər xəstəxanadan evə göndərilmişdir. Xəstəliyə yoluxanların sayı bir sutkada 1,8 min nəfər artaraq ümumilikdə 72,4 mini ötmüşdür.

Koronavirusun yeni növü 2019-cu ilin dekabrında Mərkəzi Çinin əhali (12 milyon) sıxlığı ən çox olan Uxan şəhərində qeydə alınmışdır. Çindən başqa 25 ölkədə həmin xəstəlik aşkar edilmişdir. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocağı olan epidemiya kimi səciyyələndirərək beynəlxalq miqyaslı fövqəladə vəziyyət elan etmişdir.