• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Sədərək ticarət mərkəzində baş verən yanğın nəticəsində avtobusların marşrut xətləri dəyişdirildi

Fevralın 18-də səhər saatlarında “Sədərək” ticarət mərkəzində baş verən yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206 və 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində müəyyən çətinlik yarandı. Məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılıb və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılmışdır.