• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yanvarda metanol istehsalı 42 faiz artmışdır

Ötən ay Azərbaycanda 10,8 min ton propilen (ondan əmtəəlik 10,8 min ton), 10,2 min ton polietilen, 12,8 min ton etilen, 42,8 min ton metanol (metil spirti) istehsal edilmişdir.

Ay ərzində kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin yanvar ayı ilə müqayisədə 40,5 faiz artmışdır. Fevralın 1-nə 1,5 min ton propilen, 4,8 min ton polietilen və 6,5 min ton metanol hazır məhsul ehtiyatı kimi qalmışdır.

Yanvarda əsas kimya məhsullarından metanol istehsalında 42 faiz, propilen istehsalında 12,5 faiz, etilen istehsalında isə 4,1 faiz artım müşahidə olunmuşdur.