• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

BMT-nin Baş katibi: Dünyada islamofobiyanın geniş vüsət alması böyük narahatlıq doğurur

"Dünyada islamofobiyanın ildən-ilə geniş vüsət alması böyük narahatlıq doğurur və bu, yolverilməzdir".

Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Pakistana səfər edərkən demişdir. O bildirdi ki, silahlı münaqişə nəticəsində evini, işini və doğmalarını itirərək Avropaya mühacirət edən müsəlmanlar zorakılıq və qanunsuzluqlarla üz-üzə qalırlar. Bir çox hallarda müsəlman miqrantları radikal yönümlü siyasi partiya tərəfdarlarının hücumuna məruz qalırlar. Bütün bunlar müasir dünyaya yaraşmayan hallardır və bunlara son qoymaq lazımdır.

BMT-nin Baş katibi nəzərə çatdırdı ki, bəzi ekstremist siyasətçilər seçkilərdə çox səs toplamaq naminə miqrantları alətə çevirirlər. Onlar təhlükəsizliyin və iqtisadi problemlərin yaranma səbəbini müsəlman miqrantlarda görür və bunu açıq bəyan edirlər. Nəticədə sadə insanlar həmin siyasətçilərə inanan miqrantlara basqın edir və bəzən isə qətlə yetirirlər.

Antonio Quterreş bu fikirləri Avropa və ABŞ-da İslam dinini məhdudlaşdıran qanunların qəbul edilməsindən sonra söyləmişdir. Həmin qanunlara əsasən baş örtüyü ilə yanaşı, dini ayinlərin də yerinə yetirilməsi məhdudlaşdırılmışdır.