• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Klaus Junior: Dünyada ən çox nümunə göstərilən multikulturalizm modeli Azərbaycandadır

"Mən araşdırmaçı kimi bir çox ölkələrin multikultralizm modeli haqqında məlumatlarla tanış olmuşam. Bu istiqamətdə araşdırmalarımı davam etdirdikcə Azərbaycan haqqında xeyli maraqlı məlumatlara rast gəldim. Gördüm ki, dünyada ən çox nümunə göstərilən multikultralizm modeli Azərbaycandadır. Bu səbəbdən də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinə qoşulmağa qərar verdim.

Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Braziliyadan olan iştirakçısı Klaus Junior söyləmişdir.

Klaus Junior bildirdi ki, Azərbaycanda olmaq layihə iştirakçılarına bu sahədə böyük təcrübə qazandıracaq.

“Bütün dünyada Azərbaycanın multikultralizm modeli öyrənilir. Qış Məktəbi çərçivəsində çox maraqlı mühazirələr dinləyirik. Azərbaycanın mədəniyyəti, ənənələri, burada yaşayan xalqlar haqqında öyrənirik. Mən gələcəkdə Braziliyadan olan dostlarımı bu layihədə iştirak etməyə dəvət edəcəyəm”, - deyə Klaus Junior söylədi.