• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbayacan və Türkiyə KOB-ları iqtisadi layihələrin reallaşdırılmasında maraqlıdır

Azərbaycan ilə Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər.

Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Cemal Yanqınla görüşdü. Görüşdə KOB sahəsində mövcud əməkdaşlığa, əlaqələrin daha da genişləndirilməsi perspektivlərinə, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə layihələrin reallaşdırılmasına, eləcə də Azərbaycanın regionlarında KOB-ların dəstəklənməsinə dair fikir mübadiləsi aparıldı.