• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Koronavirusa yoluxanların sayı artmaqda davam edir

Çində ötən sutka ərzində daha 2048 nəfərin koronavirusun yeni növünə (COVID-2019) yoluxduğu, 105 nəfərin isə bu virusdan öldüyü təsdiqlənmişdir. İndiyədək Çində 70 min 637 nəfər virusa yoluxmuş, 1772 nəfər isə bu virus səbəbindən həyatını itirmişdir.

Virusa yoluxmaqda şübhəli bilinənlərin sayında azalma tendensiyası davam edir. Hazırda yoluxma şübhəsi olanların sayı 7264 nəfərdir. Sağalıb xəstəxananı tərk edənlərin və vəziyyəti ağır olan xəstələrin sayı 10 mini ötmüşdür. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 546 min nəfəri müəyyən etmiş, onlardan 150 mini həkim nəzarətinə alınmışdır.

Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (1933 nəfər) və ölüm (100 nəfər) virusun episentri olan Xubey vilayətində qeydə alınmışdır.

Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika və Misirdə virusa yoluxanların sayı 700 nəfərə çatmışdır.