• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Səudiyyə Ərəbistanında "Ərəb dilinin tədrisi" təlimi keçirildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində Kral Əbdüləziz adına Beynəlxalq Ərəb Dilinə Xidmət Mərkəzinin təşkil etdiyi “Ərəb dilinin tədrisi” təlimlərində iştirak etdilər.

Təlimlərdə bu elmi müəssisənin Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi Fatma Məcidova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı və Din və ictimai fikir tarixi şöbəsinin kiçik elmi işçisi Elnur Mustafayev iştirak edirlər.

Kral Əbdüləziz adına Universitetdə təşkil olunmuş təlim proqramında qeyri-ərəblər üçün ərəb dilini daha tez öyrənməyin üsul və metodları nümayiş etdirildi. Təlim zamanı universitetin müəllimləri ilə Azərbaycan nümayəndə heyəti arasında fikir mübadiləsi aparıldı. Təlim proqramı bitdikdən sonra Kral Əbdüləziz adına Universitetin rektoru Azərbaycan nümayəndə heyəti ilə görüşdü və onlara sertifikat təqdim etdi.