• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Yurdumuza bahar gəir" adlı rəsm müsabiqəsi keçirilir

Xətai Sənət Mərkəzində uşaqlar və yeniyetmələr üçün elan edilən “Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsi davam edir.

Müsabiqə Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə təşkil edilmişdir.

Müsabiqəyə 17 yaşadək olan uşaqlar qatıla bilər. Müsabiqəyə təqdim olunan sənət əsərlərinin son qeydiyyat tarixi martın 4-də bitəcək. Müsabiqədə seçim iki yaş kateqoriyası üzrə (12 və 12-17) aparılacaq. Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Yurdumuza bahar gəlir” afişasına toxunmaqla və ya http://xsm.az/site/yurdumuzabahargelir/ linkinə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.

Sonda Bakı Xətai Sənət Mərkəzində seçilmiş əsərlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur.