• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Daşkənddə Beynəlxalq Aviasiya Forumu keçiriləcək

Fevralın 19-20-də Daşkənddə Beynəlxalq Aviasiya Forumu keçiriləcək.

İkigünlük tədbirdə Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Türkiyə, Böyük Britaniya, Kanada, İspaniya, Küveyt, Yaponiya, Bəhreyn, Cənubi Koreya, Qazaxıstan və Yaxın Şərq ölkələrinin aviasiya şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Ölkəmiz bu tədbirdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə təmsil olunacaq.

Foruma, həmçinin “Boeing”, “Bombardier”, “Mitsubishi” kimi tanınmış şirkətlərin nümayəndələri də qatılacaqlar.