• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Moldovada yaşayan gənc soydaşlarımızın forumu keçirildi

Azərbaycanın Moldovadakı Səfirliyin dəstəyi və Moldova Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə Kişineunun “Marriott” hotelinin konfrans zalında ilk dəfə olaraq “Güc birlikdədi” şüarı altında bu ölkədə yaşayan gənc soydaşlarımızın birinci Forumu keçirildi.

Forum Moldovanın bütün bölgələrində yaşayan gənclərimizi bir araya gətirmək, onların yeni təklifləri ətrafında fikir mübadiləsi aparmaq, gənclərin problemləri ilə yaxından tanış olmaq, bununla yanaşı istedadlı və bacarıqlı gənclərin yaşadıqları ölkənin ictimai-siyasi həyatında yer tutmaları üçün dəstək vermək məqsədilə təşkil olunmuşdu.

Forumda Moldovanın Mədəniyyət və Təhsil Nazirliyinin Dövlət katibi İvan Georgiu, Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin I ərazi şöbəsinin müdiri Ruslan Quliyev, səfirliyin əməkdaşları, Moldova Azərbaycanlılar Konqresinin gənc üzvləri, ictimai xadimlər və KİV nümayəndələri iştirak etdilər.