• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə və Rusiyanın Baş Qərargah rəisləri İdlibdəki vəziyyəti müzakirə etdilər

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargah rəisi, general Yaşar Gülər ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında telefon danışığı olmuşdur.

Tərəflər Suriyanın İdlib bölgəsində gərginləşən vəziyyəti, o cümlədən gündəlikdə duran məsələləri müzakirə etdilər.