• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İran nüvə tədqiqatlarını davam etdirəcək

İran “Nüvə sazişi” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri bir kənara qoyaraq nüvə tədqiqatlarını davam etdirəcək.

Bu sözlər İran hökumətinin rəsmi internet saytında yer almışdır. Bildirilir ki, iqtisadi sanksiya və siyasi təzyiqlərlə üz-üzə qalan İran saziş çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcək və uranın zənginləşdirməsini davam etdirəcək. Bununla yanaşı, İran “Nüvə sazişi”ni imzalayan dövlətlər və Atom Enerjisi üzrə Beynəlxalq Təşkilat ilə əməkdaşlığını da davam etdirəcək.

Qarşı tərəf öhdəlikləri yerinə yetirmədiyi təqdirdə İran da öz öhdəliklərini yerinə yetirməyəcək.

Hökumətin rəsmi saytında o da vurğulanmışdır ki, ancaq İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırılarsa o zaman İran nüvə proqramına yedinən baxar və öhdəliklərini yerinə yetirər.