• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq münasibətləri inkşaf edir

İranın Qərbi Azərbaycan vilayətinə Avropa ölkələri ilə yanaşı, Azərbaycan Respublikası da sərmayə yatırdı.

Bu sözləri İranın Qərbi Azərbaycan vilayətinin İqtisadiyyat və maliyyə işləri idarəsinin müdiri Davud Qafarpur demişdir. O bildirdi ki, Çin, Türkiyə, Almaniya, Fransa və İraq ilə yanaşı, Azərbaycan iş adamları da vilayətə sərmayə yatırmışlar. Azərbaycan İranın yaxın qonşusudur və hər iki ölkə səmərəli iqtisadi əməkdaşlıq əlaqələrinə malikdirlər.

İranın Qərbi Azərbaycan vilayəti Azərbaycan Respublikası ilə həmsərhəd olduğu üçün iqtisadi əməkdaşlığın daha da genişlənməsində böyük imkanlar var.

Qeyd edək ki, Qərbi Azərbaycan vilayətində Maku Azad Ticarət Zonası fəaliyyət göstərir. Xarici dövlətlərə məxsus şirkətlər bu zonaya sərmayə yatırıb istehsal etdikləri məhsulları ixrac edirlər.