• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Cavad Cahangirzadə: Bu vaxtadək İranla Azərbaycan 150-dən çox sənəd imzalamışdır

İran ilə Azərbaycan iqtisadiyyat, siyasət və mədəniyyət sahələrini əhatə edən 150-dən çox sənəd imzalamışdır.

Bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə demişdir. O bildirdi ki, hər iki ölkə ikitərəfli faydalı əməkdaşlıq əlaqələrini davam etdirirlər. Təsadüfi deyil ki, 2019-cu ildə ölkələr arasındakı ticarət dövriyyəsinin həcmi 500 milyon dollara çatmışdır. Bu da 2018-ci illə müqayisədə 11 faiz artım deməkdir.