• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İndoneziya Azərbaycan ilə qarşılıqlı investisiya qoyuluşunda maraqlıdır

İndoneziyanın Qərbi Yava əyaləti azərbaycanlı sahibkarlarla əməkdaşlıq əlaqələri qurmaqda və qarşılıqlı investisiya qoyuluşunda maraqlıdır.

Bu fikri əyalətin qubernatoru Ridvan Kamil Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevlə görüşdə ifadə etmişdir.

Görüş zamanı Azərbaycan səfiri ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti, iqtisadi inkişafı, aparılan islahatlar, regiondakı əlverişli strateji-coğrafi mövqeyi, irimiqyaslı regional və trans-regional enerji və infrastruktur layihələrində rolu, habelə Azərbaycan–İndoneziya münasibətləri barədə danışdı. Qubernatora, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında ətraflı məlumat verildi.

Azərbaycandakı əlverişli investisiya mühiti barədə danışan diplomat Qərbi Yava əyalətinin iş adamlarını ölkəmizdə kənd təsərrüfatı, turizm və digər sahələrə yatırım etməyə dəvət etdi. O, iki ölkə arasında münasibətlərinin möhkəm zəmində inkişaf etdirilməsi məqsədilə regionlar arasında əlaqələrin inkişafının zəruriliyini bildirdi.