• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Daşkənddə jurnalistika üzrə 10 cildlik dərsliyin təqdimatı oldu

Daşkənddə jurnalistika üzrə 10 cildlik dərsliyin təqdimat mərasimi keçirilmişdir.

Dərslik Özbəkistan Prezidenti Administrasiyasının təşəbbüsü, İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin (İKKA) dəstəyi ilə hazırlanmışdır. Dərslik bu sahədə tanınan nəzəriyyəçilərin və jurnalist hüquqlarının müdafiəsi üzrə mütəxəssislərin yaxından köməyi ilə yazılmışdır.

“Jurnalistikanın nəzəriyyəsi, tarixi və inkişafı”, “Jurnalist hüququ və etikası”, “Media-linqvistika və redaktorluq”, “Mediamarketinq və menecment”, “Çap KİV-də janrlar və peşəkarlıq məsələləri”, “Audiovizual jurnalistika”, “Onlayn - jurnalistika və mediada yeni trendlər”, “Müasir media aləmində PR-xidmətlər”, “İxtisaslaşmış jurnalistika”, “Jurnalistikanın sosiologiyası və psixologiyası” adlı cildlərin hər biri 1000 nüsxədə buraxılmışdır.