• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan idman jurnalistlərinin birinci respublika toplantısı keçiriləcək

Fevralın 20-də Azərbaycan idman jurnalistlərinin birinci respublika toplantısı təşkil olunacaq.

 Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı ilə “Boulevard” oteldə gerçəkləşəcək mərasim dəyirmi masa formatında keçiriləcək. Tədbirdə ölkənin idman mediasının nümayəndələri, idman qurumlarının mətbuat katibləri və veteran jurnalistlər iştirak edəcəklər.

Toplantıda idman mediası üçün aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, rəy və təkliflər dinləniləcək.