• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan və İordaniya ədəbi əlaqələri müzakirə edildi

İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşeh Dövlət Tərcümə Mərkəzində olmuşdur.

Görüş zamanı Azərbaycan–İordaniya ədəbi əlaqələri üzrə nəzərdə tutulan layihələr, Azərbaycan ədəbiyyatının İordaniyada tanıdılması və yayımı məsələləri müzakirə edildi. Ötən illər ərzində Azərbaycan–ərəb ədəbi-mədəni əlaqələrinin təşkili istiqamətində mərkəz tərəfindən ərəb dilinə tərcümə edilərək Misirdə nəşr olunmuş “Azərbaycan hekayəsi” (antologiya) kitabı, Xalq yazıçısı Elçinin “Baş” romanı, “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” (müəllif – N.Cəfərov) kitabı, eləcə də “Azərbaycan–ərəb dili danışıq kitabçası”nın İordaniyanın Milli Kitabxanasına və ölkənin aparıcı kitabxanalarına yerləşdirilməsi ilə bağlı razılığa gəlindi.

Görüşün sonunda qonağa mərkəzin ərəb dilində ərsəyə gətirdiyi kitablar hədiyyə edildi.