• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Meksika mətbuatında seçkilərə aid məqalə dərc olundu

Meksikanın nüfuzlu “El Sol de Mexico” qəzetində beynəlxalq müşahidəçi qismində Azərbaycanda səfərdə olmuş tanınmış jurnalist Federiko Lamontun 9 fevral tarixində Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinə dair “Azərbaycan: çoxlu seçici və şəffaf seçkilər” adlı növbəti məqaləsi dərc olunmuşdur.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 dekabr 2019-cu il tarixində imzaladığı Sərəncama əsasən keçirilmiş növbədənkənar parlament seçkilərinə beynəlxalq müşahidəçilərin dəvət olunduğu qeyd olunur.

Azərbaycan hökumətinin dəvətinə əsasən seçkilərdə müşahidəçi qismində iştirak edən müəllif, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla keçirdiyi müsahibə zamanı onun seçkilərin şəffaf keçəcəyini, həmçinin yüksək seçici fəallığının müşahidə olunacağını vəd etdiyini bildirir və bu söylənənlərə Bakı şəhərində iştirak etdiyi 12 seçki məntəqəsində əyani şahidi olduğunu vurğulayır.