• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Çində koronavirusdan ölənlərin sayı 1114 nəfərə çatdı

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 44 min 742, bu virus səbəbindən ölənlərin sayı isə 1114 nəfərə çatmışdır.

Bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yaymışdır. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı azalaraq 16 min nəfərə düşmüş, indiyədək 4744 nəfər sağalaraq xəstəxananı tərk etmişdir. Virusa yoluxanlardan 8200 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 451 min nəfəri müəyyən etmiş, onlardan 185 mini həkim nəzarətinə alınmışdır.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada təxminən 400 adam virusa yoluxmuşdur. Çinin hüdudlarından kənarda - Filippində bu virusdan bir ölüm faktı qeydə alınmışdır.