• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Elektromobil və hibrid avtomobillərinin istifadəsinə geniş yer veriləcək

Avtonəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin azaldılması, ekoloji cəhətdən təmiz elektromobil və hibrid avtomobillərdən istifadənin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə keçirilmişdir.

Müzakirələrdə Daxili İşlər, Maliyyə və Energetika nazirliklərinin, Dövlət Avtomobil Nəqliyyatı, Dövlət Vergi xidmətlərinin, Bakı Nəqliyyat və Avtomobil Yolları Dövlət agentliklərinin əməkdaşları iştirak etdilər.Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev ölkədə atmosferə atılan zərərli maddələrin böyük bir hissəsinin avtonəqliyyatın payına düşdüyünü və bu səbəbdən də köhnə avtoparkın yenilənməsinin, elektromobil və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılmasının vacibliyini qeyd etdi.