• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İctimai nəqliyyatda bank kartları ilə ödəniş sisteminə keçiləcək

İctimai nəqliyyatda ödənişlərin bank kartları ilə həyata keçirilməsi üzərində iş aparılır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov jurnalistlərə müsahibəsində demişdir.

“Azərbaycan Mərkəzi Bankı “Azərbaycan Dəmir Yolları” QSC və “Visa” şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə layihə üzərində çalışır. Layihə gündəlik istifadədə olan qatarlarda gediş haqların məsafədən ödəniş kartları ilə ödənilməsini nəzərdə tutur. Digər nəqliyyat vasitələrində də bu sistemin tətbiqinə çalışırıq. Bununla bağlı dövlət qurumları ilə müzakirələr aparılır”, - deyə F.Osmanov bildirdi.