• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Naxçıvan və Lvov şəhərləri birgə layihələr həyata keçirəcək

Azərbaycan dövləti Lvov şəhərinin simvolu sayılan fontanın yenidən bərpasına maliyyə yardımı ayırdı. Bu, bir daha Azərbaycan və Ukrayna arasında əməkdaşlığın dostluq prinsiplərinə xidmət etdiyinin göstəricisidir.

Bu fikri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Lvov şəhər meri Andrey Sadovoy söyləmişdir. Mer bildirdi ki, azərbaycanlı iş adamlarının Lvov şəhərinə investisiya yatırımı üçün hər cür şərait yaradılmışdır. “Biz azərbaycanlı iş adamlarının Lvovun inkişafı üçün infrastruktur, yol və turizm sahəsinə investisiya yatırımında maraqlıyıq. Qarşılıqlı layihələrin həyata keçirilməsi üçün səylər artırılmalıdır”, - deyə o əlavə etdi.