• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

BSU-da keçirilən görüşdə Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələrindən danışılıb

Bakı Slavyan Universitetində (BSU) V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıya gələn Cəvahirləl Nehru Universitetinin türk dili və ədəbiyyatı kafedrasının müdiri, professor Gous Mashkoor Khan ilə görüş keçirilib. Görüş V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, AMEA-nın Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Bədirxan Əhmədovun rəhbərliyi və MA-105-ci qrup magistrantlarının iştirakı ilə reallaşıb.

Tədbirdə çıxış edən professor Bədirxan Əhmədov Azərbaycan və Hindistan ədəbi-mədəni əlaqələrindən, bu əlaqələrin genişlənməsinin hər iki ölkə üçün əhəmiyyətindən söz açıb.

Gous Mashkoor Khanın magistrantlara Cəvahirləl Nehru Universitetinin fəaliyyəti, Azərbaycanla Hindistan arasında ədəbi-mədəni əlaqələrin qurulması və inkişafı haqqında məlumat verib. Hindistanın adət-ənənələri haqqında da danışan Gous Mashkoor Khan Azərbaycan ədəbiyyatı ixtisası üzrə təhsil alan magistrantları maraqlandıran sualları cavablandırıb və onları Cəvahirləl Nehru Universitetində doktorantura üzrə təhsil almağa dəvət edib.