• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Azərbaycan-Türkiyə strateji müttəfiqliyi: tarixi və müasir əsasları"

Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin şöbə müdiri, fəlsəfə elmləri doktoru Cavid Vəliyevin “Azərbaycan-Türkiyə strateji müttəfiqliyi: tarixi və müasir əsasları” adlı kitabı çap edilmişdir.

Türk dilində nəşr olunan kitabda Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq münasibətlərdə strateji müttəfiqlik anlayışı çərçivəsində təhlil edilir.

Kitabda bugünkü Azərbaycan-Türkiyə strateji müttəfiqlik ideyasının əsaslarının XX əsrin əvvəllərində iki xalqın ziyalıları tərəfindən qoyulduğu qeyd olunur. Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra iki dövlət arasında münasibətlərin mərhələli şəkildə strateji müttəfiqlik səviyyəsinə çatması təhlil edilir.