• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Hazırda 10 ərazidə piyada keçidlərinin inşası davam edir

Hazırda Bakı şəhəri və şəhərətrafı yollarda, həmçinin avtomagistrallarda 10 yeraltı və yerüstü piyada keçidinin tikintisi aparılır.

Paytaxtın Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidinin; Azadlıq prospekti, “Baku Electronics” mağazasının yanında; Qala-Pirallahı avtomobil yolunda; Neapol küçəsində, Heydər Əliyev parkının yanında; Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində; Mərdəkan-Zaqulba yolunda, köhnə “Mərdəkan Broyler”in yaxınlığında; M-2 Bakı-Ələt avtomobil yolunun 39-cu kilometrliyində; Hökməli dairəsində; Ceyranbatan qəsəbəsində yerüstü piyada keçidinin inşası davam etdirilir.

Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində isə yerüstü piyada keçidinin tikintisinə başlanılmışdır.