• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Türkmənistan - Bitərəflik vətəni” mövzusunda beynəlxalq fotosərgi təşkil olunacaq

Mayın 13-14-də Türkmənistanın Aşqabad şəhərində ölkənin bitərəfliyinin 25 illiyinə həsr olunmuş “Türkmənistan - Bitərəflik vətəni” adlı beynəlxalq fotosərgi və konfrans təşkil olunacaq.

Fotosərgidə dünya ölkələrindən təqdim edilən sülh, barışıq və birliyi əks etdirən fotoşəkillər arasında ən yaxşı əsərlər münsiflər heyəti vasitəsilə seçiləcək və qaliblər mükafatlandırılacaq.

Müsabiqə iştirakçıları şəkilləri elektron poçt vasitəsilə turkmen.embbaku@gmail.com ünvanına və ya elektron daşıyıcı vasitəsilə Türkmənistanın Bakıdakı Səfirliyinə təqdim edə bilərlər. Şəkillərə müəllifin adı, soyadı, ünvanı, telefon nömrəsi, müsabiqəyə təqdim olunan şəkilin çəkildiyi tarixi və yeri göstərən mətn əlavə edilməlidir.

Tədbirlə bağlı ətraflı məlumat almaq istəyənlər Türkmənistanın Bakıdakı səfirliyinə müraciət edə bilərlər.