• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Çində koronavirusdan ölənlərin sayı 1016 nəfərə çatdı

Çində 2019-nCoV virusunun səbəb olduğu pnevmoniyadan ölənlərin sayı sutkada 108 nəfər artaraq ümumilikdə 1016 nəfərə çatmış, 3996 insan bu xəstəlikdən sağalmışdır.

Bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yaymışdır. Ölkədə yoluxan insanların sayı 42638 nəfərdir. Çində ən çox ölüm (974 nəfər) və yoluxma halı (31738) Xubey əyalətində qeydə alınmışdır.