• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistan nümayəndə heyəti seçkiləri Bakı və ətraf rayonlarda izlədilər

Özbəkistanın UzA milli informasiya agentliyi Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı geniş material dərc etmişdir.

Məqalədə seçkilər haqqında ətraflı məlumat yer almışdır. Bildirilir ki, 5573 seçki məntəqəsinin 1000-də veb-kamera quraşdırılmışdır. Özbəkistan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Maxmud İstamovun rəhbərlik etdiyi nümayəndə heyəti seçkiləri Bakı və Şirvan şəhərlərində, həmçinin Şamaxı rayonunda izləmişlər. Özbəkistan nümayəndələri mətbuata müsahibələrində seçkilərin açıq, demokratik və şəffaf keçirildiyini bildirdilər. Qeyd olunur ki, hakim Yeni Azərbaycan Partiyası seçkilərdə qələbə qazanmışdır.