• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İndoneziya mətbuatı Azərbaycanda keçirilmiş parlament seçkilərindən yazdı

İndoneziyanın telusur.co.id saytında fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkilərindən bəhs edən “Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası seçkilərdə qalib gəlib” sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə parlament seçkiləri ilə yanaşı, ölkəmizdə aparılan islahatlardan da ətraflı bəhs olunmuşdur.

Qeyd edilir ki, hələlik seçkilərin yekun nəticələri məlum olmasa da, ilkin nəticələr artıq məlumdur. Belə ki, parlamentdəki yerlərin əksəriyyətini qazanan Yeni Azərbaycan Partiyası seçkilərdə qalib gəlmişdir. Hakim partiyanın namizədləri parlamentdəki 125 yerdən təqribən 65-nə yiyələnmiş, qalan yerləri isə müstəqil namizədlər və digər partiyaların nümayəndələri tutmuşlar.

Məqalədə son vaxtlar Prezident İlham Əliyevin ölkəmizdə apardığı kadr siyasətinə və iqtisadi islahatlara da geniş yer verilmişdir. Qeyd olunur ki, ötən il dekabrın əvvəlində dövlətimizin başçısı tərəfindən növbədənkənar seçkilərin təyini Azərbaycanda gənc və savadlı kadrların irəli çəkilməsinə şərait yaratmışdır. Bildirilir ki, dövlət başçısının bu siyasəti hakim partiyanın üzvləri tərəfindən də dəstəklənir.