• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Fələstin böhranı: ABŞ İsraildən imtina edə bilər?

İsrail mütəmadi şəkildə Qəzza bölgəsində hərbi əməliyyatları davam etdirir, lakin bu, ərazinin ilhaqına yönəlmiş əməliyyat deyil.

Bu sözləri  politoloq Vüqar Zivəroğlu demişdir. Politoloq bildirdi ki, Fələstin ərazisində baş verən bu münaqişə olduqca köklü bir tarixə malikdir:

“Fələstin torpaqlarında gedən münaqişə təkcə bəsit bir ərazi qarşıdurması deyil. Yaxın Şərqin digər ölkələrinə nəzər salsaq, görə bilərik ki, bu münaqişə əsasən dini, siyasi və ideoloji bir mübarizədir. Burada bir çox ölkənin maraqları üst-üstə düşmür.

Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsi ilə bağlı “Əsrin müqaviləsi” planını irəli sürdü. Lakin bu, tərəflərin maraqlarının eyni dərəcədə nəzərə alınmaması səbəbilə ciddi bir nəticə vermədi.

Trampın təklifi istər Avropa, istərsə də ərəb ölkələrində olduqca sərt qarşılandı. Xüsusilə də Avropada Almaniya və Fransa yekdilliklə bu müqavilənin qəbuledilməz olduğunu vurğuladı. Məhz bu səbəbdən İsrail yenidən Qəzza bölgəsində hərbi əməliyyatlara başladı. Artıq heç kəsə sirr deyil ki, İsrail regionda ABŞ-la birgə hərəkət edir. Yəni İsrailin ABŞ-sız nə isə etməsi real deyil. Bu baxımdan İsrailin Qəzzada apardığı əməliyyatlar həmişəki intensivlikdə davam edəcək”.