• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Afrika ölkələri terror bəlasının qarşısını almalıdırlar

Əddis-Əbəbədə keçirilən Afrika İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının 33-cü sammitində çıxış edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi terrorizmə qarşı vahid Afrika qoşununun yaradılmasını təklif etmişdir. O, bu məsələni müzakirə etmək üçün ölkəsinin Qahirədə xüsusi toplantı keçirməyə hazır olduğunu bildirdi.

 Misirin Afrika İttifaqına sədrliyi dövründə terrorizmə və ekstremizmə qarşı mübarizədə böyük uğurlar əldə olunmuşdur. Prezident əs-Sisi qeyd etdi ki, Afrika ölkələri daha yaxşı gələcək naminə terror bəlasının qarşısını almalıdırlar. Hazırkı sammit də məhz “Silahlar sussun. Afrikanın inkişafı üçün daha yaxşı şərait” mövzusunda keçirilir.

Sammitin sonuncu iclasında Misir Prezidenti Afrika İttifaqına sədrliyi Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramazofaya təhvil verdi.