• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Paytaxtın ictimai nəqliyyatında daha bir yenilik

Paytaxtın ictimai nəqliyyatında daha bir yeniliyin tətbiqinə başlanıldı.

Artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edirlər.

İlk belə məlumatlandırma bu gün həyata keçirilmiş, hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilmişdir.